Azərbaycanda iş saatı dəyişdirilir - Qərar hazırlanır

Abid SAzərbaycanda iş saatı dəyişdirilə bilər.Bu barədə baş nazirin müavini Abid Şərifov ANS-ə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda institutlar, dövlət müəssisələri eyni zamanda işə başlayır: "Əksəriyyəti doqquzda, ya da doqquzun yarısında. Biz bu qərarı qəbul etməmişdən qabaq, mən sizə konkret sxemlər də təqdim edə bilərəm ki, hansı ölkələrdə necədir. İstənilən adama təqdim edə bilərəm. Avropa ölkələrinin hamısında, yalnız Avropa ölkələri yox, bütün dünyada belədir. Biz özəl sektora göstəriş verə bilmərik. Biz aidiyyəti qurumlarımızdan xahiş edirik, tövsiyə edirik ki, özəl sektorla danışıqlar aparsın ki, onlar işə başlamalıdırlar saat 8-in yarısından səkkizəcən. Dövlət sektoru- 9-un yarısından 10-un yarısına qədər. Bank sektorunda isə iş saat 10-dan başlamalıdır".

Sözügedən kadrları 19-cu dəqiqədən izləyə bilərsiniz:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar