Qazaxıstanın sabiq baş nazirinin məhkəməsi başlayıb

Qazaxıstanın sabiq baş naziri Serik Axmetovun cinayət işi üzrə məhkəmənin ilkin dinləmələri başlayıb.

APA-nın "Novosti-Kazaxıstan" agentliyinə istinadən verdiyi məlumata görə, korrupsiyada ittiham olunan S. Axmetovun işinə Karakanda Vilayət Məhkəməsində baxılır.

S. Axmetov Karakanda vilayəti və Karakanda şəhərinin bəzi keçmiş rəhbərləri ilə birgə vəzifə səlahiyyətlərindən sui-istifadədə, büdcə vəsaitlərinin mənimsənilməsində və qeyri-qanuni sahibkarlıq fəaliyyətində günahlandırılırlar.

Sabiq baş nazir həmçinin böyük məbləğdə rüşvət almaqda da təqsirləndirilir.

Qeyd edək ki, S. Axmetovun sonuncu vəzifəsi Qazaxıstanın müdafiə naziri postu olub (2014-cü ilin aprelindən). Buna qədər o, Qazaxıstanın baş naziri (2012-ci ilin sentyabrından 2014-cü ilin aprelinə qədər) vəzifəsini tutub.

2009-cu ilin noyabrından 2012-ci ilin yanvarına qədər isə Karakanda vilayət Administrasiyasının rəhbəri olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar