Hər ay marketlərə 210 manat veririk

2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 11 milyard 962,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “Marja”ya verilən məlumata görə, pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin yanvar-iyun aylarına nisbətən 13,4% artıb.

Pərakəndə ticarət dövriyyəsinin həcmi hüquqi şəxslər üzrə 1 milyard 355,2 milyon manat, fərdi sahibkarlar üzrə 6 milyard 333,7 milyon manat, əmtəə bazarları üzrə 4 milyard 273,6 milyon manat təşkil edib.

Hesabat dövründə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 209,9 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30,8 manat çox əmtəə almışdır. Bu artımın 61,7 faizi  və ya 19,0 manatı hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət subyektlərindəyaranmışdır.

İstehlak mallarının 99,8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 11,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 53,0 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 35,7 faizi isə əmtəə bazarlarında satılmışdır. Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2014-cü ilin birinci yarısının səviyyəsini 13,4 faiz üstələmiş, bu bölmə üzrə real artımın 64,4 faizi fərdi sahibkarların ticarət fəaliyyəti sayəsində yaranmışdır.(http://marja.az/)

Əmtəə bazarı

2015-ci ilin yanvar-iyun ayları, milyon manatla 2015-ci ilin yanvar-iyun ayları 2014-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə
  Pərakəndə ticarət dövriyyəsinin həcmi 11 962,5   113,4
    o cümlədən:  hüquqi şəxslər üzrə 1 355,2 109,5
          fərdi sahibkarlar üzrə 6 333,7 116,8
          əmtəə bazarları üzrə 4 273,6 110,0

İctimai iaşə xidmətləri

2015-ci ilin yanvar-iyun ayları, milyon manatla 2015-ci ilin yanvar-iyun ayları 2014-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə
   İctimai iaşə dövriyyəsinin həcmi 473,1 117,1
 o cümlədən: dövlət mülkiyyəti 7,4 101,2
   qeyri-dövlət mülkiyyəti 465,7 117,4
  ondan: Hüquqi şəxs yaratmadanfəaliyyət göstərən

fərdi sahibkarlar

270,9 127,1

Əhaliyə göstərilən pullu xidmətlər

2015-ci ilin yanvar-iyun ayları, milyon manatla 2015-ci ilin yanvar-iyun ayları 2014-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə
    Pullu xidmətlərin ümumi həcmi – cəmi 3 202,5 106,0
    o cümlədən: dövlət mülkiyyəti 719,1 102,4
     qeyri-dövlət mülkiyyəti 2 483,4 107,1
  ondan: hüquqi şəxs yaratmadan fəaliyyət göstərən

fərdi sahibkarlar

839,1 110,9

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar