Əl-Fəluca şəhərində dağıntılar

Vilayət şurası üzvünün dediyinə görə, Əl-Fəluca əhalisinin 80 faizi artıq şəhəri tərk edib. "Fürsət tapan insanlar hələ İŞİD-n şəhərə daxil olmasından əvvəl buranı kütləvi şəkildə tərk edib", -deyə o bildirib.

Qeyd edək ki, hələ iyul ayının ortalarında İraq höküməti Anbar vilyətinin azad edilməsi üzrə genişmiqyaslı əməliyyatın başlanmasını elan edib. Hökümət qüvvələrinin əsas hədəfi qismində vilayətin iki ən iri şəhəri seçilib- paytaxt Ramadi və Əl-Fəluca. Hazırda ordu şəhərin girəcəklərində eksremistlərə qarşı gərgin döyüşlər aparır . Lakin hər iki şəhərin əsas rayonları hələlik terrorçuların nəzarəti altındadır.

İŞİD qruplaşması ötən il yayın əvvələrində İraqın şimalında fəal hücum əməliyyatına başlayıb. Hal-hazırda İŞİD hərbi birləşmələri İraq ərazisin üçdə bir hissəsini, o cümlədən Anbar vilayətinin 80 faizini öz nəzarəti altında saxlayır.