Türkiyə PKK-nın nəzarətində olan kəndi vurdu- Terrorçular Əsədə sığınır

Saleh Müslim: "YPG Bəşər Əsəd rejiminin ordusuna qatılacağı barədə açıqlama verib"

Türkiyə tankları Suriyanın şimalındakı kürd silahlılarının nəzarətində olan bir kəndi vurması ilə bağlı məlumat yayılıb.ANS PRESS-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, Frans Press agentliyi yazır ki, Suriyanın Hələb vilayetindəki Zor Magar kəndinin gece saatlarında vurulduğuna dair iddiasını Suriya İnsan Hüquqlarının Londondakı mərkəzi təsdiqləmir: "Türkiyə xaricindəki Cerablus qəsəbəsinin qərbində yerləşən kəndin PKK Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin nəzarətindədir. Hadisələr zamanı YPG ilə birliktə İŞİD-əqarşı vuruşan bir qrupdan 4 nəfər yaralanıb."

Hadisə yerindən görüntü

Bu arada Türkiyənin Baş naziri Əhməd Davutoglu deyib ki, ölkəsinin Suriya, İŞİD və PKK mövqelərinə endirilən hava zərbələri regionda “siyasi oyunu" dəyişir. O, iyulun 27-də Türkiyədəki qəzet redaktorları ilə görüşdə vurğulayıb ki, öz gücündən səmərəli istifadə edən Türkiyənin varlığı Suriyada, İraqda və bütün regionda oyunu dəyişdirə biləcək nəticələrə gətirə bilər.

Onun sözlərinə görə, indi digər ölkələr öz mövqelərini müvafiq şəkildə dəyərləndirməli, gözdən keçirməlidir.

Ə.Davudoğlu Suriyaya quru qoşunları göndərmək planlarının olmadığını söyləyib: "Türkiyə ABŞ ilə razılaşıb ki, Suriyada İŞİD qüvvələri ilə vuruşan mötədil silahlılara havadan dəstək lazımdır."

Saleh Müslim - PYD həmsədri

Bu arada Türkiyənin Şimali İraqdakı PKK hedeflerinə qarşı hava əməliyyatları sürərkən terror təşkilatının Suriye qolu olan PYD-dən maraqlı açıqlama gəlib. İddiaya görə, PYD həmsədri Saleh Müslim YPG-nin Türkiyənin məssafəli davrandığı Bəşər Əsəd rejiminin ordusuna qatılacağı barədə siqnal verib.

O, Londonda çıxan "Əl-Hayat" qəzetinə müsahibəsində deyib ki, PYD-nin silahlı qənədi sayılan YPG bəlli şərtlər olarsa, Suriya ordusuna qatıla bilər: "Suriya ordusu yeni şərtlər daxilində bölgəyə qayıtmaq istəyirsə, nə üçün bu, olmasın?! O zaman YPG Suriye ordusunun bir hissəsi ola bilər. Biz demokratik federal bir Suriye üçün mübarizə aparırıq."

Saleh Müslim PKK lideri Abdullah Öcalan Suriya rejimi ilə əlaqələri haqqında da danışıb və vurğulayıb ki, bu əlaqələr iki tərəfin xeyrinədir.

İyulun 26-da Türkiyə qırıcıları İraqın şimalında PKK düşərgələrinə zərbələr endirib. Daha öncə kürd silahlıları Diyarbəkir şəhərində iki türk əsgərini öldürüb, dördünü yaralayıb.

Suriyada terror qüvvələrinin yerləşdiyi ərazi

ABŞ, İtaliya, Almaniya, Rusiya və başqa dövlətlər Türkiyənin İŞİD və PKK-ya qarşı hücumlarını dəstəkləyir. Bu ölkələr Türkiyənin son günlər keçirdiyi antiterror əməliyyatlarını və hava hücumlarını dəstək verdiklərini bildirib: "Türkiyənin İŞİD və PKK-nın terror hücumlarına qarşı əməliyyatları təqdirəlayiqdir. NATO üzvü olan Türkiyənin terrorçu hucumlarına qarşı özünü müdafiə haqqına hörmətlə yanaşırıq. Terror təşkilatları siyahısında olan PKK terrorçu fəaliyyətindən əl çəkərək Türkiyə ilə dialoqa başlamalıdır."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar