Terror aktlarını millət vəkili planlaşdırıb – ŞOK ETİRAF

Türkiyənin Şanlıurfa vilayətində polisin ələ keçirdiyi ağır silahlar və partlayıcı maddələrin HDP-nin Şırnakdan olan millət vəkili Faysal Sarıyıldıza aparıldığı ortaya çıxıb. “Akşam” qəzeti xəbər verir ki, PKK HDP-li millət vəkilləri və liderləri ilə Suruç və Ceylanpınarda qanlı terror aktlarının törədilməsi üçün 6 ay öncə planlar qurub. Bunu millət vəkili F. Sarıyıldıza ağır silahları aparan sürücülər etiraf ediblər.

Kuryer H. M: PKK Suriyada böyük miqdarda silahları Türkiyəyə gətirir. Suruçda törədilən terror aktından istifadə olunan partlayıcı maddələri ilə bələdiyyə sədri və bələdiyyə binasında hücum ediləcəkdi.

Kuryer İ.Ç: Çantada polis idarəsi, bələdiyyə binasını partladacaq qədər bomba var idi. PKK yazda planlaşdırdıqları addımlar üçün Suruç, Nusaybin, Cize və Diyarbəkirə çoxlu sayda silah göndərir.

H. M: “PKK-lı İ. ilə A. adlı şəxslər İ. Ç ilə mənə zəng edərək “M.-dan silahları alın, bir gün evinizdə saxlayın və 0535 8...... nömrəli telefonla əlaqə saxlayın. Suruçdan gələcək PKK-lılar onları sizdən alacaqlar” dedi. Silahlar PKK/KCK terror təşkilatı tərəfindən Suruç terrorunda istifadə olunacaqdı. Qarşıdakı dönəmdə atacaqları addımlar üçün xüsusilə Suruç və Diyarbəkirə silah daşıyıb depolarda saxlayırlar. Başda bələdiyyə sədri, bələdiyyə binası olmaqla PKK-nın törədəcəyi terror aktlarında istifadə edəcəyi bombalar Ceylanpınarda hücrə evlərində saxlanılır”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar