AMEA Tofiq Hacıyevin istefasına münasibət bildirib

1AMEA221Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun keçmiş direktoru, akademik Tofiq Hacıyevin istefasına münasibət bildirib. AMEA-nın mətbuat xidmətinin rəhbəri Baba Əliyev APA-ya bildirib ki, T. Hacıyev öz ərizəsinə əsasən işdən azad olunub.

Onun sözlərinə görə, Dilçilik İnstitutunun direktoru vəzifəsini Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu icra edir.

B. Əliyev T. Hacıyevin keçmiş direktor müavini Məhəbbət Mirzəliyeva ilə qarşıdurmaya görə istefa verməsinin həqiqətə uyğun olmadığını bildirib: “Akademiyada Tofiq müəllimin böyük hörməti var. Onun istefasında heç bir qalmaqallı məsələ yoxdur. Tofiq Hacıyevin hər hansı işçi ilə münasibətlərə görə istefa verməsi məsələsi gündəmdə ola bilməz. O, sırf buna görə ərizə yazmayıb”.

AMEA-nın mətbuat katibi qeyd edib ki, indiyə kimi T. Hacıyevlə bağlı Dilçilik İnstitutunun işçilərindən AMEA rəhbərliyinə hər hansı şikayət daxil olmayıb: “Tofiq müəllim öz davranışlarına hakim olan insandır və mən Tofiq müəllimin hər hansı işçi ilə kobud rəftarı haqda eşitməmişəm. Onun barəsində AMEA rəhbərliyinə də hər hansı şikayət daxil olmayıb”.

Qeyd edək ki, ötən həftə sonu akademik T. Hacıyev Nəsimi adına Dilçilik İnstitu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar