«Suriya ordusu ölkə ərazisinə tam nəzarət etmək gücündə deyil» - Bəşər Əsəd
Xarici KİV-in yaydığı xəbərə görə, Suriya prezidenti Bəşər Əsəd etiraf edib ki, ölkənin ordusu üsyançıları dayandırmaq üçün yetərli resurslara malik deyil. Odur ki, hökumət qüvvələri bəzi əraziləri əldən verməyə məcbur olub. Xəbəri "Korrespondent.Net" yayıb (Rosbalt).
Əsədin sözlərinə görə, onun ordusu şəxsi heyət çatışmazlığı ilə üzləşib. Nə vaxtsa 300 min təlim keçmiş əsgərdən ibarət olmuş ordu ölümlər və fərarilik səbəblərindən dolayı, şəxsi heyətin bir hissəsini itirib. Prezident qeyd edib ki, Suriya ordusu diqqətini əsasən, ən əhəmiyyətli ərazilərin müdafiəsinə yönəldib.
Xatırladaq ki, bundan bir gün əvvəl Suriya prezidenti fərarilər və hərbi çağırışlardan yayınmış vətəndaşlar üçün aministiya elan edib.
Suriyada 2011-ci ildən üzübəri davam edən münaqişə 230 mindan artıq insanın həyatına son qoyub. Milyonlarla suriyalı məcburiyyət qarşısında öz yaşayış yerini tərk edib. Ölkə ərazisinin əhəmiyyətli hissəsi hakimiyyətin nəzarəti altından çıxıb.
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.