Rövnəq Abdullayev yenidən Gürcüstanda

Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyulun 26-da ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Bu barədə Gürcüstan hökuməti administrasiyasının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, görüşdə cari investisiya məsələləri mövzusunda müzakirələr aparılıb.

İ. Qaribaşvili Gürcüstan hökumətinin ARDNŞ-in Gürcüstandakı investisiya fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

"Görüşdə Gürcüstan və Azərbaycan ölkələrarası əməkdaşlığın dərinləşməsi üçün hazır olduğunu bir daha təsdiqləyib”, - deyə hökumət administrasiyadan bildirilib.

Görüşdə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstanın Baş naziri yanında İqtisadi Şurasının Katibi, Biznes Ombudsman Giorgi Qaharia da iştirak ediblər. /APA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar