Azərbaycanda 3000-dən çox müəssisə yaradıldı

Azərbaycanda 2015-ci ilin I yarısında 3 364 müəssisə yaradılıb.

Bu barədə oxu.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

DSK-nın məlumatına görə, yeni müəssisələrin 51,8%-i Bakıda, 13,9%-i Lənkəran, 12,2%-i Aran, 6,6%-i Abşeron, 6,3%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Bundan əlavə, komitənin məlumatına görə, 2015-ci ilin yanvar-iyun aylarında ölkənin vergi orqanlarında 37 468 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar