Türkiyə, Suriyaya quru qoşunu yeritmək fikrində deyil - Baş nazir

Xarici KİV-in yaydığı xəbərə görə, Türkiyə hakimiyyəti Suriyə ərazilərinə quru qoşunu yeridilməsi variantları üzərində düşünmür. Xəbəri «Reuters» yayıb (Rosbalt).

Bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan edib. Baş nazirin sözlərinə görə, Suriyada «İslam dövləti» ilə mbarizə aparan müxalif üsyançılara havadan dəstək vermək barədə ölkəsinin ABŞ-la müqaviləsi var.

Bundan əvvəl NATO üzvü ölkələr Türkiyənin təklifi ilə təcili iclas keçirməyə razılıq vermişdilər.

«İslam dövləti» - terrorçu təşkilatdır və bir çox ölkələrdə fəaliyyəti qadağan olunub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar