ABŞ-ın şərq sahilləri, Avstraliya su altında qala bilər - XƏBƏRDARLIQ

Buzlaqları tədqiq edən ABŞ okeanologiya və atmosfer tədqiqatları milli Mərkəzinin alimləri belə nəticəyə gəliblər ki, 30 ildən sonra bəşəriyyət yeni ümumdünya daşqını ilə üzləşə bilər. Məsələ bundadır ki, artıq Dünya okeanının səviyyəsi 5 metr qalxıb. Bu, buzlaqların sürətlə əriməsinin nəticəsidir (Rosbalt).

Vəziyyəti analiz edən tədqiqatçılar belə nəticəyə gəliblər ki, əgər situasiya dəyişməsə, planet miqyaslı fəlakətlə qarşılaşmalı olacaq.

«Informing»-in məlumatına görə, ilk olaraq, ABŞ-ın şərq sahilləri su altında qalacaq. Bundan başqa daşqın Avstraliyanın böyük ərazilərini, eyni zamanda, Avropanın bəzi ölkələrini vura bilər. Alimlərin fikrincə, ümumilikdə, Avropanın bütün nəhəng meqapolisləri risk altında yerləşir.

Bu yaxınlarda ABŞ okeanoloji və atmosfer tədqiqatları milli İdarəsi iqlimşünaslıq məlumatları Mərkəzinin direktoru Tomas Karl aşağıdakı məlumatı səsləndirmişdi: «Hazırda biz, iqlim sistemində proseslərin elə dəyişikliklərini izləyirik ki, müasir dünyanın tarixində onlara rast gəlinməyib. Buraya, atmosferdə «istixana effekti»nin sürətlə inkişaf etməsi ilə əlaqəli insan fəaliyyətini də əlavə etməliyik».

ABŞ və Yaponiya meteoroloqlarının məlumatına görə, 2015-ci ilin ilk 6 ayı hava şəraitinin müşahidə olunmağa başlandığı tarixdən indiyə qədərki müddət ərzində ən isti dövr olub. Bu dövrdə orta temperatur göstəriciləri ötən yüzilliyin göstəricisini 0,85 faiz üstələyib. Ekspertlərin fikrincə, bu göstərici gələcəkdə də artmaqda davam edəcək.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar