ƏLİ İNSANOVA TƏLƏ QURULUR - "Həbs müddəti artırıla bilər..."

Hakimiyyət sabiq nazirin həbs müddətinin artırılması barədə düşünür

Sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmədəki son çıxışı Azərbaycan hakimiyyətinin hiddətinə səbəb olub. “Azadlıq”a daxil olan məlumata görə, iqtidarda sabiq nazirin həbs müddətinin artırılması barədə müzakirələr gedir. Hakimiyyət eynilə Eynulla Fətullayevlə bağlı atdığı addımı Əli İnsanova qarşı atmaq planları üzərində işləyir.

Məlumat üçün deyək ki, Əli Insanov 11 il azadlıqdan məhrum edilməsi barədə hökmlə, eləcə də işgəncəyə məruz qalmasıyla əlaqədar ədliyyə nazirinə və Penitensiar Xidmətə qarşı şikayəti üzrə yerli məhkəmələrin qərarı ilə bağlı Avropa Məhkəməsinə müraciət edib. Avropa Məhkəməsi 14 mart 2013-cü il tarixli qərarı ilə Əli Insanovun Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması) və 3-cü (işgəncəyə məruz qalmamaq) maddələrilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib, buna görə Azərbaycan hökumətini cərimələyib. Ali Məhkəmənin Plenumu da Avropa Məhkəməsinin sözügedən qərarı əsasında hər iki iş üzrə vaxtilə apelyasiya və kassasiya məhkəmələrinin çıxardığı qərarları ləğv edərək, işləri yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib.

Əli Insanov bu işlər üzrə Bakı Apelyasiya Məhkəməsində keçirilən iclaslarda ölkə başçısı İlham Əliyevin ünvanına sərt ittihamlar səsləndirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar