Neft daha 1 dollar ucuzlaşdı

oil-russiaNeft, ABŞ-da istehsalçıların quyuların sayını artırması ilə kəskin ucuzlaşır. Neft hasil edilən quyuların sayının artması qlobal neft təklifi çoxluğu problemini şiddətləndirir.

Bu gün Brent nefti 1,3 dollara yaxın ucuzlaşıb. Günorta saatlarında 54,86 dollara olan brent nefti 1,8% ucuzlşaraq 53,59 dollara düşüb.

ABŞ xam nefti isə 1,1% ucuzlaşaraq 47,62 dollara düşüb.

SON 6 AYIN ƏN AŞAĞI QİYMƏTİ

Neft sonuncu dəfə belə qiymətlərə 2015-ci ilin Yanvar ayının sonunda satılıb. Növbəti ay, 21 Fevralda Azərbaycan Mərkəzi Bankı devalvasiyaya getmişdi.

Brent neftinin barelinin qiyməti bu ilin 18 Yanvar tarixində 49,94 dollaradək düşmüşdü. Sonradan bir az bahalaşan brent nefti Mayda 68,47 dollara qədər bahalaşmışdı.

Brent neftinin bareli 2013-cü ilin Avqustunda 116 dollara, 2014-cü ilin İyulunda isə 114 dollara satılmışdı.

"40 DOLLAR BİZİM ÜÇÜN QORXULU DEYİL"

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov qeyd edib ki, neftin qiymətinin 40 dollara qədər düşməsi Azərbaycan üçün riskli deyil:

"Əgər neftin qiymətində ciddi dəyişikliklər ola bilərsə risk yarana bilər. 40 dollar səviyyəsində Azərbaycanın tədiyyə balansı defisitli deyil, bizim üçün qorxulu deyil. Bu gün neft 59 dollaradır (Bir müddət əvvəl deyib - Marja). Gördüyünüz kimi, biz o risk zonasından əhəmiyyətli dərəcədə uzağıq. Bu qiymətlər qalsa ilin sonunda Azərbaycanın tədiyə balansı, profisitli olacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar