NATO-dan Türkiyəyə xəbərdarlıq

"Bu, sülh prosesini pozulmasına gətirib çıxara bilər"

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin baş naziri Əhməd Davudoğluya xəbərdarlıq edib. Onun sözlərinə görə, Kürdüstan Fəhlə Partiyasının (PKK) mövqelərinə aviazərbələrin endirilməsi Türkiyə hökuməti ilə PKK arasında sülh prosesini pozulmasına gətirib çıxara bilər.

"Bütün ölkələr özünümüdafiə hüququna malikdir. Türkiyənin həmçinin özünü terrorçuların hücumlarından qorumaq hüququ var. Lakin bu təbirlərin mütənasib olması və münaqişənin genişlənməsinə gətirib çıxarmaması vacibdir", - deyə Stoltenberq Norveç radiosuna verdiyi müsahibədə bildirib.

Stoltenberq qeyd edib ki, hər hansı bir terror aktı siyasi həllin tapılmasına yönəlmiş səylərə mane olmamalıdır. /anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar