Qüdsdə qanlı toqquşma -VİDEO, FOTO

[caption id="attachment_139226" align="alignleft" width="300"] Əl-Əksa məscidi[/caption]

Şərqi Qüdsdə yerləşən Əl-Aksa məscidinin ətrafında fələstinlilər və İsrail polisi arasında qanlı toqquşmalar baş verib. ANS PRESS-in Euronews kanalına istinadən verdiyi xəbərə görə, fələstinlilər məsciddə şənbə günü səngərləniblər. İsrail kütləvi informasiya vasitələrinin məlumatına görə, bir qrup silahlı şəxs insanların Məbəd dağına getməsinə əngəl törətmək niyyətində olub.

Fələstin fəalları İsrail polisini daş-qalaq edib. Lakin daha sonra qanun keşikçiləri silahlı insanları məscidə doğru sıxışdırmağa və qapıları bağlamağa müvəffəq olub.

İsrail polisi və fələstinlilər arasında Şərqi Qüdsdə qarşıdurma

İsrail polisi ilə fələstinlilər arasında şiddətli qarşıdurma 

Qeyd edək ki, Məbəd dağında yerləşən kompleks İsrailin 1967-ci il müharibəsi zamanı Şərqi Qüdsü işğal etməsi anından dəfələrlə israillilər və fələstinlilər arasında qarşıdurma obyekti olub.

Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsi çərçivəsində fələstinlilər iki suveren dövlət arasında gələcək sərhədin 1967-ci il Altıgünlük müharibəsinə qədər olan hüdudlarda müəyyən edilməsini tələb edir. Fələstinlilər İordan çayının Qərb sahilində öz dövlətini yaratmaq, Şərqi Qüdsü isə bu dövlətin paytaxtı etmək istəyir. İsrail Parlamenti 1980-ci ildə qəbul etdiyi xüsusi qanunla Qüdsü “birləşmiş və əbədi paytaxt” elan edib.

Əl-Əksa məscidi şəhərin müsəlmanlar üçün ən əsas müqəddəs məkanlarından biridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar