Rusiyalı avantürist milyarderdən daha bir Qarabağ açıqlaması

Ailəsi ilə birgə işğal altındakı Dağlıq Qarabağa köçmüş rusiyalı milyarder German Sterliqov “Sobesednik” qəzetinə müsahibəsində növbəti dəfə avantürist açıqlamalar verib.

Musavat.com-un məlumatına görə, “Sobesednik” qəzetinə müsahibəsində o, öncə “Dağlıq Qarabağı turist axını üçün həddən artıq reklam etdiyi üçün təəssüfləndiyini” bildirib.

“Burada inanılmaz dərəcədə elə sakit, elə şən bir həyat var ki, qorxursan ki, böyük sayda turistlər bu sakitliyi və ritmi poza bilər. Birinci dəfə mən həqiqətən hamını Qarabağa çağırmışam. İndi isə düşündüm və fikrimi dəyişdim, qarabağlıların sakit həyatını korlamamaq üçün bu çağırışlardan imtina elədim” – deyib Setrliqov.

Onun sözlərinə görə, “bütün dünyanı gəzsə də Qarabağdan dinc, şən, isti, rahat və qonaqpərvər yer tapa bilməyib”. “Özümü xeyirxah və lütfkar ermənilərin arasında çox komfortda hiss edirəm” - əlavə edib rus milyarder.

Xatırladaq ki, Azərbaycan ərazilərinə qanunsuz səfər edib, digərlərini də bu buna sövq etdiyi, ərazi bütövlüyümüz əleyhinə təbliğat apardığı üçün Azərbaycanda on qarşı cinayət işi qaldırılıb və haqqında İnterpola axtarış verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar