Prezident Oğuz rayonuna 2,3 milyon manat ayırdı

Prezident İlham Əliyev Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla on bir min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,3 milyon (iki milyon üç yüz min) manatı Oğuz Rayon İcra Hakimiyyətinə ayrılıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək. Habelə Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. /AzərTAc

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar