Problemlərə görə özünü dənizə atdı - BULVARDA

Bakıda 54 yaşlı kişi intihara cəhd edib. Lent.az-ın məlumatına görə, Astara rayon sakini, 1961-ci il təvəllüdlü Əzizov Əbdül Taryel oğlu Dənizkənarı Milli Park ərazisində özünü dənizə atıb. Hadisə şahidlərinin müraciətindən sonra olay yerinə FHN-in xilasediciləri cəlb edilib və 54 yaşlı kişi sudan çıxarılıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, Ə.Əzizov ailə problemləri səbəbindən həyatına qəsd edib.

Araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar