MTN-in keçmiş rəhbəri Rusiya generalı ilə birgə hərəkat yaradır

Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranov və Rusiyanın Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı, ikinci dərəcəli dövlət müşaviri İlqar Qasımov Azərbaycanın bir qrup ictimai və siyasi xadimləri ilə birlikdə Azərbaycanda Avrasiya hərəkatı yaradır.

Bu barədə virtualaz.org saytına təşəbbüs qrupunun üzvlərindən biri məlumat verib.

Nəriman İmranovun və İlqar Qasımovun əsas məqsədi Azərbaycanda Putinin Avrasiya İttifaqı ideyasını populyarlaşdırmaqdır. Bu günlərdə təşəbbüs qrupu hətəkatın rəsmi qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət edib.

“Dünyada baş verən mürəkkəb iqtisadi-siyasi proseslər və yeni geosiyasi çağırışlar təbii şəkildə avrasiyaçılıq ideyasının aktuallaşmasını təbii olaraq ön plana çıxarır, onun müvafiq milli hərəkat formasında təşkilati-praktiki həllini israrla tələb edir”- təşəbbüs qrupunun bəyanatında deyilir.

Qeyd edək ki, sovet KQB-sinin zabiti Nəriman İmranov 1993-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə başçılıq edib və 1994-cü ilin payızına dair nazir olub. MTN-in təcridxanasından Rəhim Qazıyevin, Ələkrəm Hümbətovun, Arif Paşayevin  və Baba Nəzərlinin qaçırılmasından sonra Nəriman İmranov dövlətə xəyanətdə ittiham edilib. Azərbaycan Ali Məhkəməsinin Kollegiyasının qərarı ilə 1996-cı il, fevralın 12-də ölüm cəzasına məhkum edilib.

Azərbaycanda ölüm cəzası ləğv ediləndən sonra N.İmranov Qobustan həbsxanasında ömürlük cəza çəkib. 2002-ci ildə Heydər Əliyevin fərmanı ilə əfv edilib.

2002-ci ildən Nəriman İmranov ictimai-siyasi fəaliyyətlə məşğul deyildi. Və onun gözlənilmədən Rusiya Ədliyyə Nazirliyinin generalı ilə siyasi səhnədə peyda olması böyük marağa səbəb olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar