İŞİD 120-dən çox əsiri edam edib

İraqın Mosul şəhərində İŞİD azı 120 nəfəri edam edib, 350-dən çox şəxsi əsir götürüb. APA-nın məlumatına görə, bu barədə “DPA” agentliyi əyalətlərdən birinin qubernatoru Asil ən Nəcəfiyə istinadən bildirib.

“Əhali arasında İŞİD-di rədd edənlərin sayı artdıqca edam və girov götürmə halların sayı dayanmadan artır”, deyə ən Nəcəfi bildirib.

Məlumata görə, edam olunan şəxslər baş nahiyəsindən güllələnərək qətlə yetiriliblər. Edam olunanlar arasında uzun müddət əsir saxlanılan şəxslərin də olduğu qeyd olunur.

Qubernatorun sözlərinə görə, əsirlərin əksəriyyəti polis zabiti, hərbçilər, seçki komissiyaların işçiləri və sabiq deputatlığa namizədlərdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar