ABŞ və Türkiyə Suriyanı böldü - XƏRİTƏ

ABŞ və Türkiyənin Suriyanın şimalında İŞİD-dən təmizlənmiş bölgəyə mövzusunda razılaşdığı bəyan edilib. ANS PRESS-in məlumatına görə, AFP agentliyi bu barədə xəbərin adını açıqlamaq istəməyən ABŞ-lı yüksək səviyyəli bir səlahiyyətlinin verdiyini bildirib.

ABŞ prezidenti Barak Obamanın Efiopiya səfəri zamanı danışan mənbə hazırda həmin bölgənin detalları üzərində müzakirələr getdiyini söyləyib. Xəbərdə uçuşa qadağan edilmiş həmin bölgənin Türkiyə tərəfindən uzun müddətdir tələb edildiyi də vurğulanıb.

Suriyaya nəzarət edən qruplar

İddiaya görə, Türkiyə ABŞ-ın İŞİD-ə qarşı quruda mübarizə aparan ortaqlarını da dəstəkləyəcək.

“Washington Post” qəzeti də Ankara ilə ABŞ rəhbərliyi arasında Türkiyə - Suriya sərhədində təhlükəsizlik bölgəsi yaradılması barədə anlaşma əldə edildiyi bildirilib. Qəzetin xəbərinə görə, İŞİD-dən təmizlənəcək bölgə Fərat çayından başlayıb 110 kilometr qərbə uzanacaq.

Təxminən 65 kilometrlik dərinliyə malik olacaq bölgə qəzetin nəşr etdiyi xəritədə "təxmini etibarlı bölgə" olaraq göstərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar