"Terrorçu qruplar dayandırılmalıdır" - Obama

ABŞ prezidenti Barak Obama Somalinin paytaxtında törədilən partlayışlar barədə danışıb.

ANS PRESS-in məlumatına görə, ölkə lideri bu cür partlayışların "Al Şabab" kimi terrorçu qrupların dayandırılmalı olduğunu göstərdiyini qeyd edib.

Obama Efiopiyanın paytaxtında baş nazir Hailemariam Desalegnlə keçirdiyi birgə mətbuat konfransında "Əl Qaidə" ilə əlbir olan bu terrorçu qrupu regionda “Ölüm və dağıntı şəbəkəsi” adlandırıb.

Barak Obama Efiopiyanın baş naziri Hailemariam Desalegnlə

Prezident bildirib ki, ABŞ və digər ölkələr bu cür qruplara qarşı mübarizəni davam etdirməlidirlər. Obama həmçinin ölkə rəhbərliyini azad və siyasi aşkarlığa qarşı təzyiqləri dayandırmağa çağırıb.

Efiopiya terrorçuluğa qarşı mübarizədə ABŞ-ın tərəfdaşıdır və Somalidəki böhranı yoluna qoymaq üçün bu ölkəyə əsgər göndərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar