ABŞ Rusiyanın yeni “Dəniz doktrinası”ndan narahat deyil

ABŞ hökuməti Rusiyanın “Dəniz doktrinası”nın yeni versiyası ilə bağlı konfliktlər üçün əsas görmür. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmisi Con Kirbi sənədi şərh edərkən bildirib.

“Biz başqa ölkələrin dərc edilən analoji sənədləri kimi, bu sənədi də görmüşük” – deyib Kirbi. Departament yetkilisinin fikrincə, konkret halda “konfliktlər üçün motiv görməyə əsas yoxdur”.

Qeyd edək ki, az öncə Rusiya prezidenti Vladimir Putin Rusiyanın “Dəniz doktrinası”nın yeni versiyasını təsdiqləyib. Sənəddəki düzəlişlərin dünya hərbi-dəniz situasiyasındakı dəyişikliklərlə, o sırada NATO-nun Şərqə doğru genişlənməsi və Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı olduğu qeyd edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar