Sloveniya “Türk axını” layihəsində iştirak etməyı planlaşdırmır

Sloveniyanın baş naziri Miroslav Tserar rusiyalı həmkarı Dmitri Medvedev ilə görüşünün nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib ki, Sloveniya hələlik “Türk axını” qaz borusu layihəsinə qoşulmağı planlaşdırmır. Bu barədə APA “Gazeta.ru”ya istinadən xəbər verir.

“Bizə “Türk axını” layihəsində iştirak etmək təklif olunur. Belə bir əlaqə yarandıqda Sloveniya Aİ çərçivəsində əvvəlcə öz yerini tapmalı, layihə iştirakçısı olmaq imkanını dəyərləndirməlidir. Belə halın baş verəcəyi təqdirdə biz iştirakçı olmaq üçün əlimizdən gələni edəcəyik. Lakin bu halın hələlik çox uzaq olduğu üçün nə isə konkret deməyə çıtindir”, deyə Tserar bildirib.

Qeyd edək ki, bundan əvvəl Medvedev Avropaya səslənərək “Türk axını” ilə bağlı mövqeyini müəyyənləşdirməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar