MERS bitdi

Cənubi Koreya iyulun 28-də elan edib ki, ölümcül Yaxın Şərq Respirator Sindromu (MERS) başa çatıb. Bu virusdan 36 nəfər həlak olub, ölkədə çaxnaşma yaradıb və Asiyanın dördüncü böyük iqtisadiyyatında artım yavaşıyıb.

Virusa yoluxduğu bildirilən sonuncu xəstə iyulun 27-də karantindən buraxılıb və 23 gündür yeni yoluxma halları qeydə alınmayıb. Beləliklə də MERS faktiki qurtarıb.

“Müxtəlif şəraiti dəyərləndirən tibbi heyət və hökumət bu qərara gəlib ki, insanlar indi rahat ola bilərlər,” baş nazir Hwang Kyo-Ahn deyib. /"Azadlıq radiosu"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar