Vergilər naziri neqativ hallarla bağlı iclas keçirdi

Vergilər Nazirliyində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-cü ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrləbağlı 13 iyul tarixli iclasına həsr olunmuş kollegiya iclası keçirilib. Nazirlikdən fins.az-a verilən məlumata görə, iclasda çıxış edən nazir Fazil Məmmədov dövlət başçısının ayrı-ayrı vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində artıq ciddi addımlar atıldığını bildirib, neqativ hallara yol verilməməsiüçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.

Sahibkarların fəaliyyətinə süni maneələrin və qanunsuz müdaxilələrin yolverilməzliyini vurğulayan vergilər naziri vətəndaşlardan daxil olan ərizə və şikayətlərin daha diqqətlə araşdırılması, fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırlması istiqamətində səylər artırılmalı, vergi ödəyicilərinə xidmətlərin spektri və informasiya texnologiyalarının tətbiqi imkanları genişləndirilməli, vergi orqanlarının fəaliyyətində şəffaflıq artırılmalı, bu sahələrdə qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə edilməlidir. F.Məmmədov bildirib ki, vergi xidməti orqanı əməkdaşları öhdəsinə düşən vəzifələrin icrası zamanı daha məsuliyyətli olmalı, dövlətimizin vergi siyasətini uğurla həyata keçirməlidirlər.

Yekunda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 13 iyul tarixli iclasındakı çıxışı zamanı vergi orqanlarına verilmiş tapşırıqlar 2015-ci ilin ikinci yarımilliyi və qarşıda duran dövrlər üçün Fəaliyyət Planı kimi qəbul olunub, eləcə də vergi inzibatçılığının optimallaşdırılması məqsədilə işçi qrupunun yaradılması barədə qərar verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar