Beynəlxalq Bankda daha bir istefa

Azərbaycan Beynəlxalq Bankı Mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib.

Bu barədə “APA-Economics”ə R.Ağayev məlumat verib.

R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.

Qeyd edək ki, R.Ağayev 14 il ABB-nin mətbuat xidmətində çalışıb.

* * *

Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

“APA-Economics”in məlumatına görə, bu vəzifəyə Yadigar Cəfərli təyin edilib.

Qeyd edək ki, Y. Cəfərli bundan əvvəl “Azər Türk Bank” və "Kapitalbank"ın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar