İstanbulda əhaliyə terror xəbərdarlığı edildi

Polis insanları müəssisələrdə və ictimai yerlərdə ayıq-sayıq olmağa çağırıb.

Türkiyədə vəziyyət gərgin olaraq qalır, ayrı-ayrı şəhərlərdə terror riski günbəgün artır. İstanbul Polis İdarəsi şəhərdə fəaliyyət göstərən bütün müəssisələrə və təşkilatlara terror aktları təhlükəsi ilə bağlı xəbərdarlıq məktubu göndərib.

Xəbərçi

Anspress-in məlumatına görə, Türkiyənın Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən terror aktından sonra ölkədə vəziyyət ağırlaşıb. Türiyə Silahlı Qüvvələri iyulun 24-dən İŞİD və PKK terrorçularına qarşı hərbi əməliyyatlara başlayıb. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrində həm İŞİD, həm də PKK terrorçuları fəallaşıb. Türkiyə hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələrinin əməkdaşlarına silahlı hücumlar edirlər. Altı gündə 7 polis və hərbçi öldürülüb.

İstambul polisinin əldə etdiyi informasiyaya əsasən, terror təşkilatları mərkəzi şəhər rayonlarında bir sıra ictimai nəqliyyatda terror aktları törədə bilər.

"Hürriyyət" qəzeti İstambul Polis İdarəsinin məktubunu əldə edib. Məktubda deyilir ki, terror təhlükəsi həmçinin insanların kütləvi toplaşdığı, dövlət idarə və müəssisələrin yerləşdiyi ərazilərdə ola bilər. Bununla əlaqədar olaraq insanları hər yerdə ayıq-sayıq olmağa çağırırıq."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar