İran Yaxın Şərqdə «ümumi cəbhə» yaratmağı təklif edir - Terrorçuluğa qarşı

Xarici KİV-in yaydığı xəbərə görə, İran Yaxın Şərq ölkələrini reqionda fəaliyyət göstərən yaraqlılara qarşı durmaq üçün birləşmiş cəbhə yaratmağa çağırıb.«BBC»-nin məlumatına görə, bu təşəbbüslə Küveytdə səfərdə olan İranın xarici işlər naziri Cavad Zərif çıxış edib (Rosbalt).

Küveytdən sonra Zərifin Qətər və İraqa gedəcəyi bildirilir. Nazirin bu səfəri İranın ABŞ və digər ölkələrlə nüvə sazişi imzalamasından sonra etdiyi ilk rəsmi səfərdir.

Xatırladaq ki, Fars körfəzi ölkələri bundan əvvəl dəfələrlə İranı ərəblərin siyasətinə qarışmaqda ittiham ediblər. Ekspertlər bu fikirdədirlər ki, yaxınlarda əldə olunmuş nüvə sazişi Tehranın bölgədə mövqeyini gücləndirəcək.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar