Merkel Türkiyəyə çağırış etdi 

Xarici KİV-in yaydığı xəbərə görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə telefon danışığı zamanı Almaniyanın kansleri Angela Merkel Türkiyə hökumətinin «İslam dövləti» ekstremist qruplaşmasına qarşı yönəlmiş fəaliyyətini alqışlayıb (İnterfaks.ru).

Kansler eyni zamanda, Türkiyə rəhbərliyinə son günlərdə kəskinlənmiş kürd probleminə «böyük diqqət yetirməyi» təklif edib.

Almaniya kanslerinin rəsmi nümayəndəsinin bildirdiyinə görə, Davudoğlu Suruç olayından və ölkənin təhlükəsizlik qüvvələrinə digər hücumlardan sonrakı mərhələdəTürkiyə hökumətinin terrorçuluqla mübarizəyə yönəlik fəaliyyəti barədə Merkeli məlumatlandırıb.

Merkelin nümayəndəsinin sözlərinə görə, kansler Almaniyanın Türkiyəyə dəstəyini və həmrəyliyini ifadə edib: «Bu kontekstdə o, vacib tədbirlərin görülməsi zamanı proporsionallıq prinsiplərinə əməl olunması məsələsini xatırladıb. Kansler həm də belə bir çağırış edib ki, kürdlərlə başlanmış sülh prosesi bir kənara atılmasın, əksinə, bütün çətinliklərə baxmayaraq, davam etdirilsin».

Kürd Fəhlə Partiyası (PKK) isə elan edib ki, son günlər Türkiyə hərbçilərinin «İslam dövləti» ilə paralel olaraq, kürd yaraqlılarına qarşı həyata keçirdiyi əməliyyatlardan sonra, bundan əvvəl Türkiyə ilə əldə olunmuş barışıq razılaşması öz əhəmiyyətini itirib.

ABŞ isə öz növbəsində, Türkiyə tərəfin PKK-ya zərbələr endirməsini dəstəkləyib və Ağ evin nümayəndələri PKK-nı «terrorçu struktur» adlandırıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar