GENERAL OĞLU MAŞINI POLİSİN ÜSTÜNƏ SÜRDÜ - Rəsmi açıqlama

Hüquq-mühafizə orqanlarında çalışan, general rütbəli şəxslərdən birinin oğlu idarə etdiyi “Lexus” markalı avtomobili polis əməkdaşının üstünə sürüb. "Azadliq"ın məlumatına görə, hadisə 2 gün əvvəl Yasamal rayonunda, “Təzə Pir” məscdinin ətrafında baş verib.

Məlumatda bildirilir ki, dövlət tədbirilə əlaqədar polislər o ətrafda yolları bağlayıbmış. Həmin vaxt oradan keçən general oğlunun da avtomobili də saxlanılıb. Lakin o, polislərin dediklərinə əhəmiyyət verməyərək maşını işə salıb və asayiş keşikçilərindən birinin üzərinə sürüb.

Bununla da ürəyi soyumayan general oğlu maşından düşərək həmin polis əməkdaşına hücum çəkib. Digər polislər yoldaşlarını general oğlunun əlindən almaq üçün davaya müdaxilə ediblər. Məlumatda bildirilir ki, üzərinə maşın sürülən polis əməkdaşı ağır xəsarət alıb. Onun hazırda xəstəxanaların birində müalicə olunduğu bildirilir.

Məlumatda o da qeyd edilir ki, hadisə yerinə ərazi üzrə polis idarəsinin rəhbərliyi də gəlib. Məhz bu zaman aydın olub ki, hadisəni törədən general oğludur. Baş verənlər barədə daxili işlər naziri Ramil Usubova məruzə edilib. Nazirin hadisəyə reaksiyası sərt olub və o, general oğlunun həbs olunması barədə göstəriş verib. General oğlu polis idarəsinə, oradan isə məhkəməyə aparılıb. Barəsində həbs-qətimkan tədbiri seçilən general oğlu gecə ilə Kürdəxanı təcridxanasına göndərilib.

Həmin generalın kimliyi və konkret harada işləməsi də “Azadlıq”a bəllidir. Qəzet dəqiqləşmə apardığından onun adını hələlik açıqlamadığını bildirir.

* * *

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu general oğlunun polis əməkdaşının üstünə maşın sürməsi barədə yayılan xəbərlərlə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, ­Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilir ki, bəzi KİV-də paytaxtın Yasamal rayonu ərazisində guya valideyni hüquq-mühafizə orqanlarında işləyən və general ali xüsusi rütbəsi daşıyan şəxsin idarə etdiyi avtomobillə həmin ərazidə xidmət aparan polis əməkdaşlarının üstünə sürərək onlara xəsarət yetirməsi barədə işin hallarına uyğun olmayan informasiyalar dərc olunub.

"Belə ki, 25 iyul 2015-ci il tarixdə saat 17 radələrində Yasamal rayon sakini, 1994-cü il təvəllüdlü Hətəmov Elçin Elşad oğlu rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Arif Qasımov və Tariyel Mahmudovun yol hərəkətinin tənzimlənməsi ilə bağlı qanuni tələblərinə tabe olmayaraq sonunculara təpik və yumruqla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək xəsarətlər yetirməsində kifayət qədər əsaslı şübhələr olduğundan faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

E. Hətəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Göstərilənlərlə yanaşı, bildiririk ki, E. Hətəmovun valideynləri hüquq-mühafizə orqanlarının əməkdaşı deyil və heç bir ali xüsusi rütbə daşımırlar", - deyə məlumatda vurğulanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar