Platini FİFA prezidenti olmaq istəyir

Yaxın günlərdə rəsmi açıqlama veriləcək

UEFA rəhbəri Mişel Platini yaxın iki gün ərzində FİFA prezidenti postuna öz namizədliyinin sürülməsi barədə rəsmi açıqlama verəcək. Bu barədə Fransanın L'Equipe qəzeti məlumat verib.

Qeyd edək ki, beynəlxalq futbol federasiyaları assosiasiyasının ( FİFA) İcraiyyə Komitəsi özünün 20 iyul 2015-ci il tarixində baş tutan növbədənkənar iclasında qərara alıb ki, təşkilatın yeni prezidentinin seçkiləri 2016-cı il fevralın 26-da Sürixdə keçirilsin.

Xatırladaq ki, əvvəllər sabiq fransız futbolçusu David Jinola, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, FİFA-nın sabiq vitse-prezidenti, həmçinin Cənubi Koreya Futbol Assosiasiyasının rəhbəri Çon Mondjun, əfsanəvi braziliyalı futbolçu Ziko və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Biliti FİFA rəhbəri olmaq istəyini bildirmişdilər. /anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar