YANAN BİNANIN TƏMİRİ İLƏ BAĞLI ŞOK XƏBƏR - "Binanın təmir xərcləri deputatın üzərinə qoyulub..."

Deputat Ağalar Vəliyev çıxılmaz durumda - Yanan binanın hisi onun “üzünə bulaşdı”

Xəbər verdiyimiz kimi, bugünlərdə Baş nazirin müavini Abid Şərifov ANS televiziyasına açıqlamasında mayın 19-da Binəqədidə 15 nəfərin ölümü ilə nəticələnən yanğın zamanı tamamilə sıradan çıxmış 16 mərtəbəli binanın təmirinin sentyabrın 15-ə - yeni dərs ilinədək yekunlaşdırılacağını və sakinlərə təhvil veriləcəyini deyib. Abid Şərifov bildirib ki, onlar işlərin məhz 15 sentyabradək qurtarılması haqda tapşırıq alıblar və bu, şagird və tələbələrin yeni dərs ilinə daha rahat getmələrini təmin etmək üçün vacibdir.

Eyni zamanda, Baş nazirin müavini təmir işlərinin yüksək səviyyədə aparıldığını vurğulayıb: "Mənzillər yüksək keyfiyyətli tikinti materiallarının istifadəsi ilə təmir edilir, bütün mənzillər mebellə təmin olunacaq, yalnız mətbəx mebeli ilə yox, yataq mebeli ilə də təmin olunacaq".

Ancaq Strateq.az-ın əldə etdiyi məlumatlar yanan binada aparılan təmir işlərinin ləngidiyini və sentyabrın 15-dək təhvil verilməsinin xeyli çətin olacağını göstərir. Əsas səbəb isə təmir işlərini boynuna götürmüş şirkətin maliyyə problemlərinin yaranması, təmir-tikinti aparan işçilərin əməkhaqlarının vaxtında verilməməsi, işçilərin narazılığı və işçi heyətinin tez-tez dəyişilməsidir.

Strateq.az saytına binada çalışımış, adının yazılmasını istəməyən şəxslərdən birinin verdiyi məlumata görə, binanın 5 ay ərzində sakinlərə təhvil verilməsini öhdəsinə götürmüş "Azəraqrartikinti" Səhmdar Cəmiyyəti hazırda çox ciddi maliyyə çətinlikləriylə üzləşib: "Bina ictimaiyyətin diqqət mərkəzindədir. Onun təmiri üçün dövlət tərəfindən 5 milyon manat vəsait ayırılıb. Amma indi bu vəsaitin "Azəraqrartikinti"nin hesabına köçürülmədiyi deyilir. Hər halda, bizim rəhbərlərin bəziləri belə xəbərlər yayıblar. Bizdə danışırlar ki, qeyri-rəsmi olaraq binanı təmir etmək Səhmdar Cəmiyyətin prezidenti, deputat Ağalar Vəliyevin boyununa qoyulub. Ağalar müəllim də bu qədər pulu tapa bilmir. Məcbur olub öz işçilərinin maaşlarını kəsib, başqa xərclərini azaldıb. Amma bununla belə, yenə maliyyə gərginliyi yaşanır, işçilərə qəpik-quruş verilir. Bu da ciddi narazılıqlara səbəb olur. Mətbuatın diqqətində bu problemlərlə qalmaq yenidən millət vəkili seçilmək niyyətində olan Ağalar müəllimin maraqlarına qətiyyən uyğun deyil. Tapşırılan işi bərbad etmək onun karyerasına son qoya bilər. Ona görədə düşdüyü ağır durumdan çıxış yolları arayır"- deyə mənbə vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar