İsrailin Fələstinlə məxfi müzakirəsi

Xarici KİV-in yaydığı xəbərə görə, İsrailin daxili işlər naziri və ölkənin baş nazir müavini Silvan Şalom və Fələstin tərəfdən baş danışıqçı Saib Erekət Ammanda məxfi görüş keçiriblər. Bu barədə çərşənbə axşamı «Haaretz» qəzeti yazıb (İnterfaks.ru).

Qəzetin məlumatına görə, görüş «özəl şəxs» tərəfindən təşkil olunub və iyulun 23-də baş tutub. Bu görüş barədə Avropa İttifaqının (Aİ) məmurları və İordaniya tərəfi məlumatlandırılıb. Bu zaman, nə görüşdən əvvəl, nə də sonra ABŞ-a məlumat verilməyib.

Xəbərdə deyilir ki, İsrailin Baş naziri Binyamin Netenyahu və Fələstin lideri Mahmud Abbas görüş barədə bilgili olublar və onu təqdir ediblər. Tərəflər görüşü cari ilin may ayından planlayırmışlar.

Görüş, ümumilikdə, iki saata yaxın davam edib. Qəzetin yazdığına görə, İsrail və Fələstin tərəfləri sülh danışıqlarının bərpasının mümkünlüyünü müzakirə ediblər. Danışıqlar prosesi 2014-cü ilin aprelindən dayanmışdı.

Tərəflər həm də qərara gəliblər ki, yaxın gələcəkdə daha bir görüş də keçirsinlər. Amma qəzet Neteyahu və Abbasın görüş barədə məhz nə vaxt məlumatlandırıldığını dəqiqləşdirmir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar