Qəddafinin oğluna ölüm cəzası kəsildi

[caption id="attachment_139503" align="alignleft" width="300"] Saif əl-İslam Qəddafi, 2011-ci ildə yaxalandıqdan sonra.[/caption]

Liviya məhkəməsi 2011-ci il inqilabı zamanı baş vermiş hərbi cinayətlərlə bağlı polkovnik Qəddafinin oğlu Saif əl-İslam Qəddafi və daha 8 nəfərə ölüm cəzası kəsib.

Devrilmiş liderin oğlu ilə yanaşı məhkəməyə polkovnik Qəddafinin onlarla yaxın tərəfdarı çıxarılıb.

Onlar kütləvi çıxışların yatırılmasında ittiham olunurlar.

Zintan şəhərində onu buraxmaqdan imtina edən üsyançı qrupun əlində olan Saif əl-İslam Qəddafi prosesdə bilavasitə iştirak etməyib və ifadələrini video-əlaqə vasitəsilə verib.

Məhkəməyə həmçinin Qəddafi hökumətində kəşfiyyat xidmətinin rəhbəri və sabiq baş nazir Bağdadi əl-Mahmudi çıxarılıb.

Onlara apellyasiya ilə çıxış etmək haqqı veriləcək Tripolidə olan BBC müxbiri John Simpson xəbər verir.

Məhkəməyə cəlb edilən başqa şəxslərə 5 ildən ömürlük həbs cəzasına kimi müxtəlif cəzalar kəsilib. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar