Yasamal qəbristanlığı yanır - FOTOLAR

Yanğın ərazisinə 3 yanğınsöndürən avtomobil cəlb edilib.

Yasamal qəbristanlığında yanğın başlayıb. Anspress-in məlumatına görə, yanğın günorta saatlarında başlayıb və hələ də davam edir.

Anspress-in verdiyi məlumata görə yanğın baş verən əraziyə Fövqaladə Hallar Nazirliyininhəm Yasamal, həm də Səbael bölməsindən yanğınsönsürən avtomobillər və çoxsayda canlı qüvvəsi cəlb olunub.

Hadisənin nə səbəbdən baş verdiyi dəqiq bəlli deyil. İlkin ehtimal kimi quru otların qəsdən yandırılması yaxud da qəbristanlığa gələn şəxslərdən birinin sönməmiş siqareti əraziyə atması olduğu istisna edilmir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

İlkin məlumata görə, alov iki hektrdan çox əraziyə ziyan vurub.

Yasamal qəbristanlığında yanğın

Yanğın saat 12 radələrində başlayıb

Alovla mübarizəyə canlı qüvvə və texnika cəlb edilib

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar