İran ABŞ-a birbaşa aviareysləri bərpa etmək istəyir

Xarici KİV-in yaydığı xəbərə görə, İranın mülki aviasiya təşklatının rəhbəri Mühəmməd Hədə Kərmi çərşənbə axşamı bəyan edib ki, İran beynəlxalq sanksiyaların ləğvi fonunda ABŞ-a birbaşa aviareysləri bərpa etməyə hazırdır (RİA Novosti).

«İranın aviasiya parkı dayanmadan və təkrar yanacaq almadan ABŞ-a uçuşlar həyata keçirməyə qadir olan transatlantik təyyarələrlə təchiz olunub» - deyə, İranın «Press TV» kanalı Hədə Kərmidən sitat gətirir.

Onun sözlərinə görə, birbaşa uçuşların bərpası üçün əvvəlcə «diplomatik qərar» əldə etmək lazımdır. O, əlavə edib ki, nə zaman belə icazələr veriləcək, o zaman mülki aviasya təşkilatı uçuşların bərpası prosesinin digər vacib prosedurlarının yerinə yetirilməsinə başlayacaq.

Kərmi əlavə edib ki, sanksiyaların götürülməsi fonunda müxtəlif ölkələrin aviaistehsalçıları əməkdaşlığın bərpası üçün İrana müraciət ediblər: «İrana təyyarələrin və aeroport avadanlıqlarının satılmasını nəzərdə tutan bu təkliflər, müvafiq orqanlara göndərilib və artıq öyrənilir».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar