İNTRİQAÇI ENERJİ OLİQARXLARININ MÜHARİBƏSİ – Putinin sıxılmış qaz planlarına təhlükə

Qaz xətti məsələlərində kəskin dönüşə cəhd göstərməklə, Kreml sübut etmək istəyir ki, o, Avropada itirilmiş istənilən əməkdaşlığın yerini Asiyada doldura biər. Lakin son aylar Rusiya təbii qazının Asiyaya tərəf istiqamətləndirilməsi planı öz yerində saymağa başlayıb. Beləki, ən böyük iki sövdələşməni dövlət konserni ”Qazprom” ilə Çin həyata keçirib. Amma buna baxmayaraq, hal-hazırda onlar çətinliklərlə qarşılaşıbalr. Moskva ilə Pekin qiymət barəsində razılığa gəməyə cəhd göstərirlər. Digər tərəfdən isə kəmərin çəkilişini kimin maliyyələşdirəcəyi də mübahisə predmetinə çevrilib. İlkin olaraq, ”Qazprom”un Çinə qazı 2018-ci ildə çatdıracağı planlaşdırılmışdı. Amma indiki şərtlər daxilində bu işin təxirə salınacağı qaçılmaz görünür.

Rusiyanın Asiyaya sıxılmış qaz göndərmək cəhdi də səndələməyə başlayıb. Moskva dünya enerji bazarında sıxılmış qazın nə dərəcdə mühüm əhəmiyyət daşıdığını qəbul etmək istəmir. Rusiya energetika nazirinin keçmış müavini Vladimir Milov bu yaxınlarda deyib: ”Biz, bazar xüsusiyyətinin necə dəyişilməsi vaxtını əldən buraxmışıq. İndi biz sıxılmış qaz məsələsində çox geridə qalırıq”.

Belə bir geriliyin öhdəsindən gəlməyə cəhd göstərmək, Qərbin energetika sahəsində Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi və həm də ki, prezident Vladimir Putinin ətrafındakı iki yüksək vəzifəli şəxsin - “Rosneft” şirkətinin sədri İqor Seçin ilə “Qazprom”un rəhbəri Aleksey Miller arasındakı uzunmüddətli düşmənçiliyin davam etdiyi şəraitdə böyük çətinliklər yaradır.

Seçin və Miller Rusiyanın eneji sektorunda iki ən nüfuzlu fiqurdurlar və onlar bir-birinə qarşı xoş münasibət bəsləmirlər. Hər iki şəxsin bu cür davranışı, onların rəhbərlik etdiyi şirkətlərin qarşılıqlı rəqabəti ilə əlaqədardır. İqor Seçin çoxdandır ki, ”Qazprom”un çəkəcəyi boru kəmərlərinə üçüncü bir tərəfi də qoşmağa çalışır. ”Qazprom”un rəhbəri isə öz növbəsində şirkətin işlərinə kiminsə qarışmamasını və şirkətin imtiyazlarını qorumaq istəyir.

Seçin ilə Millerin və həmçinin də onların şirkətlərinin bir-biriylə apardıqları intriqa, Kremlin bugünkü enerji siyasətini çətin vəziyyətə salır. Uzaq Şərqdəki qaz kəməri ilə bağlı bu iki şirkət arasındakı tamamilə mənasız çəkişmə və mübahisələr, ölkənin enerji siyasətini dalana dirəyir.

“Qazprom” tərəfindən “Rosneft”in “Saxalin-2” qaz kəməri layihəsinə yaxın buraxılmaması “Rosneft”in Asiyaya göndərməyi planlaşdırdığı qazın lazımi alıcılara çatdırılmasını xeyli müddətə ləngidəcək. Bu isə sıxılmış qaz bazarında Rusiya ilə rəqabət apran ABŞ, Qatar və Avstraliya üçün geniş imkanlar açacaq. Onların Rusiyanı bu istiqamətdən sıxışdırıb çıxarmaq üçün istənilən potensalları var.

“Saxalin-1” konsorsiumunun üzvü kimi “Rosneft” şirkəti “Exxon Mobil” ilə birlikdə Saxalin adasının şimal hissəsində təbii qaz yataqlarının işlənməsini həyata keçiriblər. Hər iki şirkət 2013-cü ildə həmin adanın cənub hissəsində sıxılmış qaz terminalının tikilməsini planlaşdırıb. Bu obyekt Fukusimo atom stansiyasındakı qəzadan sonra nüvə enerjisinin tikintisinə moratorium qoymuş Yaponiyanın sıxılmış qaza olan böyük tələbatını ödəmək üçün ideal məkan sayılır. 2013-cü ildə “Rosneft”, ”Exxon Mobil” və “Saxalin-1” konsorsiumunun digər üzvləri sıxılmış qazın göndərilməsi ilə əlaqədar Yaponiya şirkətləri ilə müqavilə imzalayıblar. Lakin daşınmanı həyata keçirməkdən ötrü, ilkin olaraq qazın şimalı Saxalin yataqlarından adanın cənub hissəsində qurulmuş terminala nəql edilməsi lazımdır. Saxalin adasında mövcud olan yeganə qaz kəmərinə nəzarəti, “Qazprom” şirkətinə məxsus “Sakhalin Energy” konsorsiumu həyata keçirir. ”Rosneft” və “Exxon Mobil” birmənalı olaraq, həmin qaz kəmərindən istifadə etməyi planlaşdırsalar da, lakin onlar bu məsələdə “Qazprom” ilə anlaşa bilməyiblər. Bu isə Seçinin layihəsinin onun keçmiş rəqibi Millerin hakimiyyətindən asılı vəziyyətə düşməsi deməkdir.

2013-cü ildən başlayaraq, “Sakhalin Energy” şirkəti qaz kəmərindən istifadə məsələsində “Rosneft”in xahişini dəfələrlə geri çevirib. ”Sakhalin Energy”-nin növbəti imtinasından və baş nazır Dmitri Medvedyevin bu işə qarşımaq istəmədiyini bildirməsindən sonra “Rosneft” məhkəməyə müraciət edib. 2014-cü ilin iyul ayında “Rosneft”, Saxalin vilayət arbitraj məhkəməsində “Qazprom”u üçüncü tərəf qismində göstərmək şərti ilə “Sakhalin Energy” şirkətinə qarşı iddia qaldırıb.

Məhkəmə isə 19 fevral 2015-ci ildə “Sakhalin Energy” və “Qazprom” şirkətlərinin xeyrinə qərar çıxarıb. 25 iyun tarixində isə Vladivastokdakı beşinci apellyasiya məhkəməsi aşağı instansiya tərəfindən verilmiş həmin qərarın qüvvədə saxlanıldığını bildirib.

Yenilməz bürokratik döyüşçü olan Seçin, görünür ki, artıq Putinin yanında öz populyarlığını itirib. “Rosneftn”-in təcili maliyyə yardımı ilə bağlı dövlətə müraciəti iki dəfə Rusiya Maliyyə Nazirliyi tərəfindən rədd cavabı ilə qarşılanıb. Seçinin sürətlə Putinin “gözündən düşməsi”, Rusiya prezidentinin boru kəməri məsələsindəki mübahisəyə “Rosneft”-in xeyri üçün müdaxilə etməməsi ilə izah oluna bilər. Öncəki illərdə Seçin yəqin ki, Kremlin köməyinə ümid bəsləyə bilərdi. Amma indi görünür ki, Putin yekun qələbənin Millerə verilməsinə maraqlı olduğuna görə, məhkəmənin qərarının qüvvədə qalmasına mane olmayıb.

Artıq Seçin və onun amerikalı tərəfdaşları məğlubiyyətlə barışmalı olublar. Bu ilin may ayında “Rosnef” şirkətindən məlumat veriblər ki, qazın ixrac edilməsi üçün infrastruktur obyektlərinin tikintisi Xabarovsk diyarının Sakit okean sahili boyunca çəkilə bilər. Bu cür addımın atılması “Rosneft”in sıxılmış qaz ixracının nəzərdə tutulmuş qrafikinin işini xeyli dərəcədə ləngidəcək.

Lakin təssüf ki, zaman “Rosneft”in xeyrinə işləmir. Demək olar ki, bütün ekspertlər ümumən Asiyaya açılan sıxılmış qaz nəqli pəncərəsinin ən yaxşı imkanlarının 2018-2020–ci illər arasına kimi qapanacağını söyləyirlər. Çünki ən böyük tələbin olacağı bu illər ərzində, sıxılmış qazın nəqli istiqamətində də irəliləyişlər baş verəcək. Sözsüz ki, hal-hazırda sıxılmış qazın çatdırılmasını təklif edənlərin sayı da artır. Saxalindən sıxılmış qazın ixrac edilməsi perspektivi əridiyi üçün “Rosneft”i bu bazardan tamamilə sıxışdırılıb çıxarılma riski gözləyir.

Son iyirmi ildir ki, Moskva Avropaya gedən qaz boru xətti məsələsində xüsusi manipulyasiyalar etməklə, bu bazardan maksimum gəlir və geosiyasi üstünlük qazanmaq istəyir.

Yüksələn Asiya bazarındakı pay uğrunda effektli rəqabət aparmaqdan ötrü Moskva və onun dövlət enerji nəhəngləri Avropa bazarında göstərdikləri analoji kommersiya bacarığını, buradakı sıxılmış qaz satışı bazarında da nümayiş etdirməlidirlər. ”Qazprom” ilə “Rosneft” arasındakı mövcud mübahisə ilk baxışda əhəmiyyətsiz görünsə də, ancaq bu hərəkətlər Rusiyanı ciddi imkanları əldən verməsi istiqamətinə tərəf itələyir. Bu mübahisənin Kremlin enerji məqsədlərinə göstərdiyi təsir və eləcə də oliqarx və məmurların xammal üzərindəki nəzərəti özlərinə tərəf çəkmək istəklərinin qızışdığı bir vaxtda, Rusiyanın enerji sektoru gələcək bazar xüsusiyyətlərinin daha dinamik rəqabətinə tab gətirə bilməyəcək.

Putinin bir-biri ilə döyüşən iki köməkçisi arasında effektli vasitəçi kimi bacarıq göstərə bilməməsi, gələcəkdə baş verəcək böyük problemlərin əlaməti olaraq başa düşülməlidir.

(The Diplomat)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar