“Bank Technique” notariat kontorlarından da getdi

Notariat kontorları da “Bank Technique” ilə əməkdaşlıqlarını dayandırıblar.

“Marja”ya verilən məlumata görə, notariat kontorlarında dövlət rüsumları Bank Technique-in bankomatları vasitəsilə ödənilirdi. Artıq rüsumların bu bank vasitəsilə qəbulu dayandırılıb.

Məlumata görə, bu xidmətin Muğan Bank-a veriləcəyi gözlənilir.

Qeyd edək ki, “Bank Technique” “Bakı Metropoliteni” QSC-yə də stansiyalarında yerləşən kartyükləmə aparatlarında toplanan pulların inkassasiyası xidmətlərini göstərməyi də dayandırıb. Həmin xidmət “Kapital Bank”a verilib.

Bir neçə gün öncə, beynəlxalq kredit reytinqi agentliyi Moody's Investors Service, "Bank Technique"in depozit reytinqlərini aşağı salıb. Bankın uzunmüddətli yerli və xarici valyuta depozit reytinqləri "Caa2"dən "Caa1"ə salınıb, reytinqin proqnozu isə "mənfi" (neqativ) müəyyən olunub. Moody's reytinqlərin aşağı salınmasını "Bankın kapitalının zəifləməsi" ilə əlaqələndirib. Agentlik qeyd edib ki, Bank Fevralda kapitalından qəfil 25 milyon manat itirib.

“Bank Technique”də ciddi maliyyə problemləri ilə bağlı mediada bir neçə gündür ki, məlumatlar yer alır. Bildirilir ki, bankda maliyyə çatışmazlıqları yaranıb və qurum ödəmələri həyata keçirməkdə çətinlik çəkir. Ən son məlumata görə, “Bank Technique”nin bankomatları vasitəsilə nağdlaşdırmaya limit qoyub. Bankın plastik kart sahibləri gündəlik 200 manatdan çox pul çıxara bilməzlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar