PKK terror aktına görə məsuliyyəti öz üzərinə götürdü

PKK terror təşkilatı Türkiyənin Muş vilayətinin Malazgirt qəsəbəsinin jandarma rəisi, mayor Arslan Kulaksızın qətlinə görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın xəbərinə görə, bu barədə “Milliyət” qəzeti məlumat yayıb.

Qeyd edək ki, indiyə kimi A. Kulaksızın qətlində şübhəli bilinən 14 nəfər polis tərəfindən saxlanılıb.

Mayor A. Kulaksız və həyat yoldaşı Sibel Kulaksızın olduğu avtomobilə iyulun 27-də silahlı hücum olub. Hücum nəticəsində ağır xəsarət alan A. Kulaksız ölüb. Qolundan yaralanan S. Kulaksız isə müalicəsini davam etdirir.

Hadisə il bağlı isə araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar