Qaçqın özünü "Qaçqınkom"un qabağında yandırdı

Özünü yandıran şəxs dövlətdən ev istəyib, amma buna nail ola bilməyib.

Bakıda məcburi köçkün "Qaçqınkom"un Sabunçu rayon şöbəsinin qabağında özünü yandırıb.

Əslən Ağdam rayonundan olan məcburi köçkün Sahib İsmayıl oğlu Nəsibovu ətrafdakı insanların köməyi ilə özünü yandırdığı yerdən - "Qaçqınkom"un Bakıxanov qəsəbəsi Sülh küçəsi 1 A ünvanında yerləşən şöbəsinin qabağından Respublika Yanıq Mərkəzinə aparıblar.

Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədovun anspress- ə verdiyi məlumata görə: ”S. Kərimov xəstəxanaya sol əlinin, baldırının və ayağının yanığı ilə gətirilib. Xəstə II və III dərəcəli yanıq xəsarəti alıb. Hazırda vəziyyəti normaldır”- deyə Ş. Məmmədov bildirib.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov ASN PRESS- ə baş verən hadisəylə bağlı açıqlama verib: ”Sahib Nəsibovun Bakıda özünə məxsus evi olub. Lakin o həmin evi sataraq komitədən yeni ev istəyib. Hazırda komitəmizin balansında boş ev yoxdur, buna görə özünü yandıran şəxsi evlə təmin eliyə bilmirik. Sahib isə bu təkliflə razılaşmayaraq özünü yandırıb", - deyə E. Qədimov bildirdi.

Faktla bağlı Sabunçu Prokurorluğunda araşdırmalara başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar