Səudiyyə Türkiyənin İŞİD-ə və PKK-ya qarşı əməliyyatlarını dəstəklədi

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səid Türkiyənin İŞİD-ə və PKK-ya qarşı olan hava hücumlarını dəstəklədiyini söyləyib.

Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyinin yaydığı açıqlamada kral Salmanın “Səudiyyə Ərəbistanı Türkiyənin öz vətəndaşlarını terror hücumlarından qorumaq haqlarını dəstəkləyir” dediyi bıldirilir.

Kral Salmanın bazar ertəsi Rəcəb Tayyib Erdoğan ilə telefonla danışdığını bildirən agentlik iki liderin Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı mükəmməl münasibətlər barəsində də söhbət etdiklərini vurğulayıb.

O, bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyanın bir parçasıdır.

Türkiyə də vaxtilə Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı hava əməliyyatlarını dəstəkləmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar