ABŞ səfiri Rusiyanı ittiham etdi

“Rusiya Minskdə ələdə edilmiş atəşkəs sazişinə baxmayaraq Ukraynanın şərqindəki münaqişəni qızışdırmaqda davam edir”.

Bunu ABŞ-ın Ukraynadakı səfiri Geoffrey Pyatt iyulun 28-də jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O Rusiyanın Ukraynadakı hərəkətlərinin ağılagəlməz və məsuliyyətsizlik olduğunu bildirib.

Səfir Rusiya və rusiyapərəst separatçıları Rusiya ordusu və hərbi texnikasının Ukrayna ərazisindən çıxarılması da daxil olmaqla Minsk razılaşmasına əməl etməyə çağırıb.

O həmçinin ukraynalı pilot Nadi Savchenko da daxil olmaqla bütün girovları azad etməyə və Ukraynanın öz sərhədlərinə nəzarətini bərpa etməyə çağırıb.

Rusiya hələ də Ukrayna münaqişəsində əli olmadığını təkid edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar