Rusiya ABŞ təşkilatını qadağan elədi

Rusiya prokurorluğu iyulun 28-də ABŞ-ın “Demokratiya uğrunda milli fond” (NED) təşkilatının ölkədə fəaliyyətini qadağan edib.

Baş prokurorun müavini Vladimir Malinovsky Ədliyyə nazirliyinə bu qeyri-hökumət təşkilatının qeydiyyatının ləğvini göstəriş verib.

Qeyd edək ki, prezident Vladimir Putin bu ilin mayında xarici QHT-lərlə bağlı müvafiq qanun imzalayıb.

Hüquq müdafiəçiləri bu qanunu vətəndaş cəmiyyətinin boğulmasına yönəlmiş addım kimi qarşılayır.

Hakimiyyət isə bunun Rusiyanın təhlükəsizliyinə əngəl olan xarici QHT-lərə qarşı yönəldiyini deyir.

Prokurorluğun bəyanatında deyilir ki, “NED” təşkilatı Rusiyanın konstitusion dövlət sistemi, dövlətin müdafiə və təhlükəsialiyini təmin etməsinə xüsusi təhlükə yaradır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar