Çin Ukraynaya silah verəcəkmi?

Xarici KİV-r xəbər verirlər ki, Çin hakimiyyəti Rusiyanın Ukrayna siyasətini açıq şəkildə qınamır və diplomatik məsələlərdə beynəlxalq səhnədə hətta Moskvanı dəstəkləyir. Amma buna baxmayaraq, Pekin Ukrayna ilə iqtisadi münasibətləri inkişaf etdirir (TheWashingtonPost).

Məqalədə qeyd olunur ki, Ukrayna ilə Çin arasında iqtisadi əlaqələr Viktor Yuşenkonun hakimiyyəti dövründə xeyli yaxşılaşıb və bunun nəticəsi olaraq, ikitərəfli ticarətin həcmi il ərzində 36,0 faizə yüksəlib (Rosbalt).

Rusiya tərəfindən Krımın ilhaqından sonra Ukrayna və Çin «aqrar sənaye sahəsində iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə fəallaşdırıblar». «Financial Times»-ın statiskasına görə, 2015-ci ildə Ukrayna Çinə dənli bitkilərin ixracı sahəsində ABŞ-ı geridə qoyub. Həmin dövrə qədər Birləşmiş Ştatlar Çinə adıçəkilən aqrar məhsulların ixracı üzrə tarixi lider mövqeyində dururdu. Bundan başqa, Ukrayna həmin dövrdə Çinlə aqrar-sənaye kompleksi sektoru üzrə ticarətin həcmini 56,0 faiz artırıb.

2015-ci ilin martında Çin investorları Ukraynada əlçatan daşınmaz əmlak sferasına 15 il ərzində 15,0 milyard dollar vəsait yatırmağa razılıq veriblər. İyulun 8-də elm və texnologiyalar sahəsində birinci Ukrayna-Çin forumu keçirilib. Forumda tərəflər münasibətləri dərinləşdirmək və Ukraynada informasiya texnologiyaları sahəsini modernləşdirmək barədə razılığa gəliblər.

Məqalə müəllifi yazır ki, bununla belə, Çin «Rusiya ilə Ukrayna arasında balanslaşdırmanı davam etdirir». Odur ki, yaxın vaxtlarda Çindən Ukraynaya silah göndərilməsini gözləməyə dəyməz.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar