"Anonim saxta şirkətlər, bəzən isə oğurlanmış və "yuyulmuş" pullarla Böyük Britaniyada, xüsusən də Londonda daşınmaz əmlakın əldə edilməsinə qarşı mübarizə aparılacaq", —deyə baş nazir bildirib.

Devid Kemeron Sinqapurda çıxışı zamanı

"Böyük Britaniya bütün dünyadan axışan çirkli pullar üçün sığınacaq olmamalıdır ", — deyə o vurğulayıb. Kemeron həmçinin dünya ictimaiyyətini korrupsiya ilə mübarizə aparmağa çağırıb.

"Çirkli pullara Böyük Britaniyada yer yoxdur. Əslində onlar üçün dünyanın heç bir ölkəsində yer olmamalıdır", —deyə Devid Kemeron əlavə edib.

Devid Kemeron:Çirkli pullara Böyük Britaniyada yer yoxdur

Baş nazir həmçinin Böyük Britaniyanın dünyada investisiyalar üçün əm açıq ölkə olması arzuladığını bildirib. Lakin o əlavə edib ki, ölkəyə yatırılan pullar "təmiz" olmalıdır.

Qeyd edək ki, bu il Böyük Britaniyada ilk dəfə olaraq torpaq və daşınmaz əmlak sahibi olan xarici şirkətlər haqqında torpaq reyestrinin məlumatları dərc olunacaq.

Birləşmiş Krallıqda yüz mindən çox obyekt xarici şirkətlərin adına rəsmiləşdirilib. Onlardan 36 mini Londonda yerləşir.