Türkiyə qırıcıları terrorçuları belə bombaladı (VİDEO)

Pilotlar əməliyyatlarda hər biri 250 kiloqram olan raketlərdən istifadə edib

Türkiyə Silahlı Qüvvələri Şimali İraqda PKK terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatların görüntülərini yayıb.

ANS PRESS-in məlumatına görə, yayılan görüntülərdə PKK silahlıları tərəfindən istifadə edilən anbarlardan birinin partladılması anı da yer alıb.

Anbar vurulan kimi güclü silsilə partlayış baş verib. Bu isə onu deməyə əsas verir ki, terrorçular anbarda silah-sursat, daha doğrusu partlayıcı maddələr saxlayırmışlar.

Türkiyə Silahlı Qüvvələri əməliyyatlarda hər biri 250 kiloqram olan raketlərdən istifadə edib. Bobardmanlar zamanı terrorçuların strateji mövqeləri də yararsız hala salınıb.

Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən 4 gündür davam edən əməliyyatlarda PKK-ya ağır zərbə vurulub.

Son məlumatlara görə, Şırnak vilayətində F-16 qırıcıları terrorçuların hücumlarından sonra havaya qaldırılıb. Terrorçular vilayətin Beytüşebbap rayonunda hərbi hissələrdən birinə hücum ediblər.

Əsgərlərlə terrorçular arasında davam edən bir müddət atışmadan sonra terrorçular meşə və dağlara qaçıb. Türkiyə qırıcıları isə dərhal havaya qaldırılıb. terrorçuların qaçdığı və gizləndiyi ehtimal edilən ərazilər bombardman edilib.

Əməliyyatla bağlı hələlik ətraflı məlumat verilmir.

Bu video Adobe Flash Player'ın son sürümünü gerektirmektedir.

Adobe Flash Player'ın son sürümünü indirin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar