“Türkiyə, Yeni Dünya düzənində Moskva ilə birlikdə olacaq” - Proqnoz

“Türkiyə tarixi gerçəkləri, coğrafiyası, etnik-sosial quruluşu, mənəvi dəyərləri və yeni Dünya Quruluşundakı vəziyyəti ilə Yeni Avropanın rəqibidir”

Türkiyənin baş nazirinin sözçüsü, maliyyə analitiki Yigit Bulut “Star” qəzetində diqqətçəkən bir məqalə ilə çıxış edib. Bundan sonra dünyada 3 əsas tərəfin olacağını, Türkiyənin Moskva ilə birlikdə bu tərəflərdən birində təmsil olunacağını yazan müəllif, iddia edib ki, Türkiyə Avropa ilə birlikdə ola bilməz.

“Bu günlərdə, özəlliklə Türkiyə-Avropa Birliyi (AB) əlaqələrində yeni pəncərələr açılmadan öncə, bir qeyd etməyi vacib bildim. Avropa, daha doğrusu “27 parçalıq birlik olmaq“ görüntüsü yaradan Avropa “əsas baş tezisini” dəyişdirir. Belə ki, mövcud quruluş içərisində bəzilərinin “daşınmaz yük” olduğunu planlaşdıraraq “Yeni Avropa” kimi meydana çıxmaq istəyir. Bu planın əsl yaradıcıları bəllidir - Almaniya və Fransa.

Əziz dostlar, Almaniya-Fransa xəttində qurulacaq “Yeni Avropa”, daha xristian, daha ”kiçik”, amma daha “güclü”olmağı sınayacaq.

Nəticə: 10 il əvvəl Avropanın böyük çöküşünün baş verəcəyini söyləyəndə “bu ola bilməz” deyənlər, yenə həmin fikirlərini təkrarlayacaqlar. Ancaq onu demək istəyirəm ki, Türkiyənin də qatılmaq istədiyi “Avropa Birliyi” təssəvvür etdiyimiz halı ilə bitib. Avropanın əsla birlik olmadan iqtisadi çöküş səbəbindən bitəcəyi tezisimin üstündə bir daha dururam. Onu iddia edirəm ki, bundan sonrakı Yeni Dünyada üç əsas tərəf olacaq.

1. Amerika Birləşmiş Ştatları.

2. Türkiyə-Moskva xətti və onun periferiyaları.

3. Çin, Hindistan, İran.

Türkiyə yüksək dövlət vəzifələrindən tutmuş, cəmiyyətin ən kiçik hissələrinə qədər, bu gerçəyi anlamalı və qəbul etməlidir ki, Türk dövləti ilə Avropa Birliyi əlaqələri “bizi oynatdıqlarını zənn etdikləri” formada davam edə bilməz. Bu yolda Türkiyə qətiyyən AB üzvü ola bilməz. Türkiyə tarixi gerçəkləri, coğrafiyası, etnik-sosial quruluşu, mənəvi dəyərləri və yeni Dünya Quruluşundakı vəziyyəti ilə Yeni Avropanın rəqibidir. Yəni, kürəsəl quruluş içərisində olan “üç mərkəzdən biri olmağa ən güclü namizəddən” biridir və Avropa kimi bitən bir yerdə özünü xərcləməməlidir.”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar