"Konqres İranla sazişi təsdiq etməsə..." - Kerri

Xarici KİV-in məlumatına görə, ABŞ dövlət katibi Con Kerri Konqresin nümayəndələr palatası xarici işlər komitəsində İran İslam Respublikası ilə bağlanmış sazişin müzakirəsinə həsr olunmuş dinləmələrdə çıxış edib. Çıxışı zamanı dövlət katibi xəbərdarlıq edib ki, əgər Konqres Tehranla «altılıq» ölkələrinin (BMT TŞ-nın 5 üzvü və Almaniya) imzaladığı sazişi təsdiqləməsə, İranın nüvə probleminin həlli məsələsində Vaşinqton beynəlxalq dəstəkdən məhrum olar (TASS).

«Əgər biz əldə olunmuş razılaşmadan qaçsaq, tənhalığa baş vurmuş olarıq. O zaman həmkarlarımız bizimlə olmayacaq» - deyə, qanunvericilərin məlum saziş barədə əsasən, tənqidi fikirlərinə cavab verərkən, Kerri qeyd edib. Onun sözlərinə görə, ABŞ tərəfin saziş çərçivəsində öz öhdəliklərini yerinə yetirməkdən imtina etməsi o demək olardı ki, Vaşinqton «İranı danışıqlar masası arxasına gətirən sərt beynəlxalq sanksiyalardan qaçır».

Bundan başqa, ABŞ xarici siyasət idarəsinin başçısı qeyd edib ki, sazişin dəstəkləməsindən imtina olunması ABŞ-ın «bu problemin sülh yolu ilə həlli istiqamətində ən yaxşı imkanı əldən verdiyinin göstəricisi» olardı.

Bu yaxınlarda ABŞ-da qəbul olunmuş qanuna uyğun olaraq, İranla bağlanmış sazişin müzakirəsi üçün Konqresə 60 gün vaxt verilir. Bu müddət başa çatandan sonra qanunvericilər ya sazişi təsdiq etməli, ya da razılaşmanı rədd etməlidirlər. Hələlik isə burada İran üzrə saziş dəstək tapa bilməyib. Onun əleyhinə hamıdan əvvəl Respublikaçılar partiyası çıxış edir. Bu arada, Demokratlar partiyasını təmsil edən prezident Barak Olama deyib ki, sazişin torpedo atəşinə tutulmasına imkan verməyəcək və ehtiyac yarandığı təqdirdə, veto hüququndan istifadə edəcək.

Bu perspektivdən qaçmaq üçün Konqresin hər iki palatasına səslərin 2/3-ni toplamaq lazımdır. Onları toplamaq mümkün olacaqmı? Hələlik, məlum deyil...

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar